"Qarabağ" - "İnter"i məğlub etdi YENİLƏNİB

18:48 - 20 Dekabr 2013

2013-cü ili hansı komanda lider başa vuracaq?
 
Bu gün Azərbaycan Premyer Liqasında 18-ci turun oyunları keçiriləcək.
 
Sportal.az xəbər verir ki,  xəbər verir ki, turun bütün oyunları eyni gündə baş tutacaq. Bununla da 2-ci dövrəyə yekun vurulacaq və komandalar qış fasiləsinə yollanacaqlar.
 
Turun ilk qarşılaşması Qəbələdə baş tutacaq. Bölgənin eyni adlı komandası "Bakı"nı sınağa çəkəcək.
 
Bakıda keçirilən qarşılaşmada AZAL hazırkı lider "Neftçi" ilə üz-üzə gələcək. Paytaxt derbisi ilə eyni vaxtda Lənkəranda "Xəzər Lənkəran" - "Sumqayıt" qarşılaşması da start götürəcək.
 
Növbəti oyun isə Bayılda keçiriləcək. "Rəvan" doğma meydanda "Simurq"u qəbul edəcək.
 
Günün və turun son oyunu isə mərkəzi arenada baş tutacaq. Çempionluğa iddialı "Qarabağ" Bakı təmsilçisi "İnter"lə qarşılaşacaq.
 
 
20 dekabr (Cümə)
 
Premyer Liqa, 18-ci tur
 
13:00. “Qəbələ” – “Bakı”2:0 
Qol: Subotiç, 19, Ebesilio, 90 p,
Hakimlər: Fariz Yusifov, Rza Məmmədov, Coşqun Həsənov, Fərid Məmmədov 
Qəbələ səhər stadionu.
 
15:00. “Xəzər Lənkəran” – “Sumqayıt”4:3
Qol: Tounkara, 20, Sakkoni, 28, Orxan Əliyev, 40, Mbilla, 45, 51, Pərdis Azad, 78, Ruslan Nəsirli, 81, 
Hakimlər: Ramil Əhmədov, Yaşar Abbasov, Vaqif Musayev, Teymur Fərhadov 
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Feyzulla Feyzullayev 
“Xəzər Lənkəran” mərkəzi stadionu.
 
15:00. AZAL – “Neftçi”2:1
Qol: Con Oluremi, 18, Rəşad Sadiqov, 59, Şemonayev, 90,
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Knyaz Əmiraslanov, Mahir Məmmədov 
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, İnqilab Məmmədov 
“AZAL Arena” stadionu.
 
16:00. “Rəvan” – “Simurq”0:3
Qol: Draqan Çeran, 22, Raul Koştin 39, Polyak, 45,
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Nahid Əliyev, Sərxan İsmayılov 
“Bayıl Arena” stadionu.
 
17:00. “Qarabağ” – “İnter”2:0
Qol: Vüqar Nadirov, 57, Riçard Almeyda, 65
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Zeynal Zeynalov, Ramiz Məhərrəmov 
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ramil Diniyev 
Tofiq Bəhramov adına Respublika stadionu.
 

Xəbər xətti