"Sabah futbolçu ilə müqavilə bağlayacağıq"

15:35 - 23 Dekabr 2013

Səbuhi Səfiyarlı: "Syomin Elnur Allahverdiyevin qalmasını istəyir"

 

"Baş məşqçimizin fikrincə komandadan hələ heç kim getmir. Elnur Allahverdiyevin məsələsi isə açıq qalır. Düzdü, baş məşqçimiz müdafiəçinin qalmasını çox istəyir. Bu məsələni gedib "Xəzər Lənkəran"la müzakirə edəcəyik."

 

Bu sözləri Sportal.az-a açıqlamasında "Qəbələ"nin meneceri Səbuhi Səfiyarlı deyib. Səfiyarlı Ruslan Tağızadə ilə müqavilə bağlayacaqlarını dedi:

 

"Ruslan Tağızadənin məsələsinə aydınlıq gəlib. Artıq futbolçu ilə razılığa gəlinib və sabah futbolçu ilə müqavilə bağlanılacaq."

Xəbər xətti