Berti Foqts: "Heç vaxt pula önəm verməmişəm"

12:05 - 24 Dekabr 2013

Azərbaycan millisinin baş məşqçisi Almaniya mətbuatına müsahibə verib
 
Azərbaycan millisinin baş məşqçisi Berti Foqts Almaniya mətbuatına müsahibə verib.
 
Sportal.az xəbər verir ki, "Bild" qəzetinə danışan çalışdırıcı illərlə şərəfini qoruduğu Münhenqladbax "Borussiya"sında keçirdiyi günləri xatırlayıb, komandanın hazırki durumunu dəyərləndirib:
 
"Heç vaxt pula önəm verməmişəm. Futbolçu olduğum vaxtlarda həmişə 4-5 illik müqavilələr imzalamışam. Başqa oyunçunun daha çox maaş alması məni narahat etməyib.
 
Borussiya” xarici ölkələrdə də yaxşı tanınan klubdu. Bir sıra uğurlu transferlər həyata keçirilib. Komandanın bütün cəbhələrdə inamla mübarizə aparması köhnə “Borussiya”nın fəlsəfəsini xatırladır”.

Xəbər xətti