"Neftçi"nin heyətini gücləndirməyə ehtiyacı yoxdur"

15:02 - 3 Yanvar 2014

Gündüz Abbaszadə:"Hər şey təlim-məşq toplanışın gedişində məlum olacaq"
 
"Neftçi" qış transfer pəncərəsində heyətinə yeni futbolçu qatacaqmı?
 
Bu sualı klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə Sportal.az-a cavablandırıb:
 
"Hazırda planlaşdırdığımız bir transfer yoxdur. "Neftçi"nin heyətini gücləndirməyə ehtiyacı yoxdur, çünki komandamız güclü futbolçulardan ibarətdir. Qış fasiləsindən sonra yerli gənclərlə "Neftçi" nəyə qadir olduğunu göstərəcək".
 
Klub rəsmisi  "komandadan ayrılan olacaqmı?" sualını belə cavablandırdı.
 
"Ümumiyyətlə, komandadan kiminsə göndərilib-göndərilməyəcəyi təlim-məşq toplanışının gedişində məlum olacaq".

Xəbər xətti