İtaliya kuboku:"İnter"dən erkən vida VİDEO

08:24 - 10 Yanvar 2014

"Roma" 1/4 finalda
 
İtaliya kubokunda 1/8 finalın növbəti oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, üçüncü oyun günündə daha iki qarşılaşma keçirilib.
 
Doğma azarkeşləri önündə "Sampdoriya" ilə qarşılaşan "Roma" rəqibinə 1:0 hesabı ilə qalib gəlib. "İnter" klubu isə səfərdə "Udineze"yə 0:1 hesabı ilə məğlub olaraq kubokla erkən vidalaşıb.
 
Qeyd edək ki, İtaliya kubokunda 1/8 finalın qalan görüşləri yanvarın 15-də keçiriləcək.
 
9 yanvar
İtaliya kuboku, 1/8 final
 
"Roma" - "Sampdoriya"  1:0
Qol: Torosidis, 6
 
"Udineze" - "İnter"  1:0
Qol: Maykos, 32

Xəbər xətti