Kamran Ağayev "Xəzər Lənkəran"a qayıda bilər

00:01 - 13 Yanvar 2014

Dənizli millinin qapıçısı ilə bağlı təlimat verib
 
"Bakı"nın qapıçısı Kamran Ağayevin transferə çıxarılması xəbərini vermişdik.
 
Sportal.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə,  qapıçının xidmətində sabiq klubu "Xəzər Lənkəran" yaxından maraqlanır. Dənizli bu barədə rəhbərliyə təlimatını verib və rəhbərlik artıq bu transferlə işlərinə başlayıb.
 
Qeyd edək ki, millimizin qapıçısı ilə "Qəbələ" klubu da yaxından maraqlanırdı, ancaq əyalət təmsilçisi Anar Nəzirovu heyətinə qatdıqdan sonra Kamran Ağayevin cənub klubuna getmək faizi də daha artır.

Xəbər xətti