Foqts Böyükağa Hacıyevi də unutmadı FOTO

17:03 - 13 Yanvar 2014

Millimizin baş məşqçisi "Neftçi"nin oyununu izləyəcək
 
Azərbaycan milli komandanın baş məşqçisi Berti Foqts və onun köməkçisi Volfqanq Rollf Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan  Premyer Liqa klublarının məşqlərini və yoxlama oyunlarını izləyir, baş məşqçilərlə görüşlər keçirir.
 
Sportal.az xəbər verir ki, almaniyalı mütəxəssislər bu gün “Mardan Sport Complex”də “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyevlə görüşüb və fikir mübadiləsi aparıb. Millinin baş məşqçisi bu gün Bakı vaxtı ilə saat 18.00-da keçiriləcək “Qəbələ” – “Tobol” (Qazaxıstan) qarşılaşmasını da izləyəcək.
 
 
Qeyd edək ki, B.Foqts Antalyada olduğu müddətdə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov, “İnter”in baş məşqçisi Kaxaber Tsxadadze, “Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Dənizli, “Simurq”un baş məşqçisi Ceorgi Çixradze və Türkiyənin “Sivasspor” klubun baş məşqçisi Roberto Karlosla da görüşüb.
 
 

Xəbər xətti