"Neftçi"nin yeni transferi:"Böyük bir kluba gəldiyimi gözəl anlayıram"

17:09 - 23 Yanvar 2014

"Öz millimin heyətində oynamağı həmişə hər şeydən üstün tutmuşam"
 
"Neftçi" bu gün "Lokomotiv"in futbolçusu Samir Məsimovla 3 illik müqavilə imzalayıb.
 
Sportal.az xəbər verir ki, yeni futbolçu transferi haqqında klubun rəsmi saytına açıqlama verib:
 
“Necə böyük bir kluba gəldiyimi gözəl anlayıram. İstəyirəm ki, “Neftçi” ilə birgə çempionluq yaşayım və komandamızın uğurlarında pay sahibi olum. Çalışacağam ki, “Neftçi”nin əsas heyətində möhkəmlənim. Rusiyada legioner futbolçu hesab olunurdum. Çünki Azərbaycan millisini seçmişdim. Mənim ana vətənim Azərbaycandır və öz millimin heyətində oynamağı həmişə hər şeydən üstün tutmuşam. Rusiyada mənə deyirdilər ki, Azərbaycan millisini seçməyin buradakı karyeranın üstündən xətt çəkə bilər. Amma mən Azərbaycan millisində və “Neftçi”də böyük nailiyyətlərə imza atmaq istəyirəm”.

Xəbər xətti