"Qarabağ" çempionata tam hazır deyil" MÜSAHİBƏ

12:16 - 25 Yanvar 2014

Fərhad Vəliyev:"Şehiç Varvodiçdən daha perspektivli qapıçıdır"
 
"Qarabağ"ın qolkiperi Fərhad Vəliyevin Sportal.az-a müsahibəsi
 
- Təlim-məşq toplanışları üçün xarakterik sualla başlayaq. Toplanış necə keçir? 
- Hər şey qaydasındadı. Yüngül zədəm var idi. Elə də ciddi problem yoxdu. Plan üzrə hazırlaşırıq. Düşərgədəki ab-hava gələcəyə ümidlə baxmağa imkan verir. 
 
- Hələki 3 yoxlama oyununa çıxmısız, komandanın durumu səni qane edir? 
- Məncə, komanda tam hazır deyil. Bir həftədən sonra Premyer Liqada vacib oyuna çıxacağıq. Qurban Qurbanov “Xəzər Lənkəran”la görüşədək çatışmazlıqların mümkün qədər aradan qalxmasını istəyir. Qış fasiləsinə birinci pillədə yollanmışıqsa, yerimizi qorumağa çalışmalıyıq. Birinci yer elədi ki, gərək bütün oyunlara maksimum nəticə üçün çıxasan.
 
- Miro Varvodiçi gedişindən sonra komandaya  İbrahim Şehiç qoşuldu. Hansı daha yaxşı qapıçıdı? 
- İkisi də. Amma karyeralarına nəzər salsaq, Şehiç daha perpektivli görünür. Düzdü, Varvodiç “Köln”də oynayıb. Amma əsas heyətdə nadir hallarda olub. 
 
- Şehiçlə rəqabət sənin üçün çətin olmayacaq? 
- Bu hər ikimizin xeyrinədi. Kim hazır olsa, baş məşqçi ona güvənəcək.
 
- Ehtiyatda qalacağın halda, millinin çalışdırıcısı Berti Foqtsun sənə ehtiyac duymayacağını götür-qoy etmisən?
- Bunun üçün mən daha çox oyunda forma geyməyə çalışmalıyam. Qarşıda çətin oyunlarımız var. Həmin matçlarda qazandığım şansı maksimum dəyərləndirmək üçün əlimdən gələni edəcəm.
 
Ayaz İbrahimov, Antalya

Xəbər xətti