"Qəbələ"nin yeni transferi:"Adaptasiyada problem yaşamadım"

11:24 - 26 Yanvar 2014

"Qəbələ"nin hədəflərindən də xəbərdaram"
 
"Qəbələ" kimi iddialı kluba keçdiyim üçün çox sevincliyəm. Əsas odur ki, yaxşı kollektivimiz var. Əgər kollektiv yaxşıdırsa, deməli hər şey qaydasında olacaq".
 
Sportal.az xəbər verir ki,  bu sözləri "Qəbələ" klubunun yeni transferi Davronjon Erqaşov klubun rəsmi saytına açıqlamasında deyib.
 
Tacikistanlı futbolçu komandaya tez uyğunlaşdığını bildirib: "Rus dilini bildiyim üçün komandaya uyğunlaşmağım çətin olmadı. Komandada bir çox futbolçu rus dilində danışır. Bu baxımdan adaptasiyada problem yaşamadım. 
 
"Qəbələ"nin hədəflərindən də xəbərdaram. Məni qarşıda güclü rəqabət gözləyir. Özümə və bacarığıma güvənirəm. Düşünürəm ki, bacarığımı ortaya qoyub əsas heyətdə möhkəmlənə biləcəm".

Xəbər xətti