Sadiqov: "Çempionatda mübarizə aparan rəqiblərimizin..."

17:11 - 30 Yanvar 2014

"Ölkə kuboku uğrunda yarışda da ötənilki nailiyyətimizi təkrarlamaq niyyətindəyik"
 
"Təlim-məşq toplanışı üçün komandaya hər cür şərait yaradılmışdı. İnanıram ki, çempionatın davamında bunun faydasını görəcəyik".
 
Sportal.az xəbər verir ki, bu sözləri “Neftçi”nin kapitanı Rəşad Sadiqov klubun rəsmi saytına açıqlamasında deyib. Sadiqov çempionatdakı bütün rəqiblərə qarşı tam gücləri ilə oynamağı fikirlərinə əlavə edib:
 
"Bütün rəqiblərimizə hörmətlə yanaşırıq. Çempionatda mübarizə aparan rəqiblərimizin hamısına qarşı tam gücümüzlə oynamalıyıq. Çünki bundan sonra qazanılacaq hər xalın böyük əhəmiyyəti var. Eyni zamanda ölkə kuboku uğrunda yarışda da ötənilki nailiyyətimizi təkrarlamaq niyyətindəyik”.

Xəbər xətti