"Belə qarşılaşmalarda qazanılan nəticədən daha çox göstərdiyimiz oyun vacibdir"

17:42 - 30 Yanvar 2014

Flavinyo: "Bu gün eşitdim ki, artıq “Qəbələ” klubu da Marat İzmayılov kimi futbolçunu heyətinə qatıb"
 
"Təxminən iki həftə ərzində Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olduq. Hazırlığımız yüksək səviyyədə keçdi. Bu müddət ərzində 5 yoxlama oyunu keçirdik. Xüsusən də “Fənərbaxça” klubu ilə görüş maraqlı alındı. Belə qarşılaşmalarda qazanılan nəticədən daha çox göstərdiyimiz oyun vacibdir. "
 
Sportal.az xəbər verir ki, bu sözləri klubun rəsmi saytına "Neftçi"nin braziliyalı yarımmüdafiəçisi Flavinyo deyib.  Futbolçu ardıcıl 4-cü çempionluqlarını qazanmaq istədiklərini də sözlərinə əlavə etdi:
 
"Mövsümün ikinci yarısına hazırıq. 4 il bundan əvvəl mən “Neftçi”yə gələndə çempionatda çox az sayda səviyyəli legioner çıxış edirdi. Bu gün isə “Qarabağ”da Riçard Almeyda, Reynaldo kimi futbolçular var. Bu gün eşitdim ki, artıq “Qəbələ” klubu da Marat İzmayılov kimi futbolçunu heyətinə qatıb. Bu o deməkdir ki, çempionatın ikinci yarısı daha maraqlı keçəcək. Bununla yanaşı, çalışacağıq ki, mövsümü birinci pillədə bitirək və ardıcıl dördüncü çempionluğu yaşayaq".

Xəbər xətti