Millimizin futbolçusu oynamadı, komandası məğlub oldu

01:04 - 31 Yanvar 2014

Özkaranın komandası səfərdən əliboş qayıtdı
 
Dünən Türkiyə kubokunun qrup mərhələsinin növbəti oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, millimizin hücumçusu Cihan Özkaranın şərəfini qoruduğu “Sivasspor” A qrupu çərçivəsində 4-cü matçına çıxıb.
 
Roberto Karlosun yetirmələri səfərdə “Akhisar Bələdiyyə Sporla” ilə üz-üzə gəliblər. Görüş qonaq komandanın 1:0 hesablı məğlubiyyəti ilə başa çatıb.
 
Ötən oyun 76-cı dəqiqədə meydana çıxan Cihan isə, ümumiyyətlə bu matçın iştirak ərizəsində belə yer almayıb.

Xəbər xətti