7 turdan sonra qazanılan bir xal

16:32 - 10 Fevral 2014

"Sumqayıt" məğlubiyyət seriyasına son qoydu
 
Premyer Liqada ardıcıl 6 oyunda məğlub olmaqla mövsümün antirekorduna imza atan Aqil Məmmədovun yetirmələri 20-ci turun AZAL-la qarşılaşmasında 1 xal qazanıb – 2:2.
 
Sportal.az xəbər verir ki, “Gənclik şəhəri” təmsilçisi sonuncu dəfə 13-cü turun noyabrın 8-dəki qarşılaşmasında “Rəvan”la bərabərə qalmışdı – 1:1. 93 gündən sonra xal sevinci yaşayan “Sumqayıt” qələbəsiz oyunlar seriyasını hələ dayandıra bilmir. 3-cü turda “Qəbələ”ni 2:1 hesabı ilə udan autsayder 17 matçdır qalib gəlmir.
 
“İnter”ə 1:2 hesabı ilə uduzan “Rəvan” isə ardıcıl 6-cı dəfə xalsız qalmaqla mövsümün antirekordunu təkrarlayıb. Bakılılar sonuncu dəfə ötən il noyabrın 24-də 14-cü turun “Qarabağ”la görüşündə xal qazanmışdı. Həmin qolsuz heç-heçədən sonra “Rəvan” 6 məğlubiyyət alıb.  Bakı təmsilçisi həm də artıq 15 turdur qələbə qazana bilmir.

Xəbər xətti