AFFA millimizi Madridə göndərir

18:06 - 11 Fevral 2014

Aslan Kərimov İspaniyada təlim-məşq keçəcək
 
AFFA 1999-cu il təvəllüldü futbolçulardan ibarət Azərbaycan yığmasını (U-16) İspaniyaya göndərir.
 
Sportal.az xəbər verir ki, Aslan Kərimovun başçılıq etdiyi komanda fevralın 19-dan martın 3-dək paytaxt Madriddə təlim-məşq toplanışı keçəcək.
 
Qeyd edək ki, bu yaş qrupuna aid olan yığmamız 2016-cı ildə Bakıda təşkil olunacaq 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsində mübarizə aparacaq.

Xəbər xətti