Skarlatake: "Xəzər Lənkəran" Azərbaycanda həqiqi və çılğın azarkeşlərə sahib olan yeganə klubdur"

00:09 - 12 Fevral 2014

"Komandama vacib xallar qazandırdığım üçün xoşbəxtəm"

 

"Son iki oyunda ("Neftçi" və "Qarabağ") qollar vurub komandama vacib xallar qazandırdığım üçün xoşbəxtəm. İl yarımdır ki, "Xəzər Lənkəran"dayam və artıq 11 qola imza atmışam. Ümid edirəm ki, qollarımın sayı artacaq".

 

Bu sözləri Sportal.az-a açıqlamasında "Xəzər Lənkəran"ın müdafiəçisi Adrian Skarlatake bildirib. O, "Neftçi" ilə oyunda qazandıqları bir xalda azarkeşlərin də rolu olduğunu dilə gətirib:

 

"Əminliklə deyə bilərəm ki, bu oyunda iki qol vurub bir xal qazanmağımıza azarkeşlər kömək etdi. Onların hər birinə belə oyunda gözəl atmosfer yatadıqlarına görə təşəkkür edirəm. "Xəzər Lənkəran"  Azərbaycanda həqiqi və çılğın azarkeşlərə sahib olan yeganə klubdur".

 

 

Müdafiəçi "Qəbələ" ilə səfər oyunu haqqında da fikirlərini bildirib:

 

"Qəbələ" kifayət qədər güclü komandadır. Hazırda bizim psixoloji üstünlüyümüz var və Qəbələyə üç xal dalınca gedirik.  Bizim üçün çətin oyun olacağını bilirik".

Xəbər xətti