Türkiyə kuboku: "Qalatasaray" yarımfinalda

01:33 - 13 Fevral 2014

"Bursaspor" rəqibini darmadağın etdi
 
Türkiyə kubokunda qrup mərhələsinin son turunun oyunlarına start verilib.
 
Sportal.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma baş tutub.
 
A qrupunda "Eskişehirspor" klubu öz meydanında "Sivasspor"a 1:0 hesabı ilə qalib gəlib. "Bursaspor" klubu da evdə "Akhisar Bələdiyyəspor"u 3 cavabsız qolla məğlub edib - 3:0.
 
"Qalatasaray" klubu son turda doğma azarkeşləri önündə qrupun lideri "Antalyaspor"la qarşılaşıb. Bu görüşdə tərəflərin ciddi səylərinə baxmayaraq oyunda qapılara qol vurulmayıb - 0:0.
 
 
12 fevral
A qrupu
 
"Eskişehirspor" - "Sivasspor"  1:0
Qol: Bienvenü, 76 
 
"Bursaspor" - "Akhisar Bələdiyyəspor"  3:0
Qollar: Cinaz,13, Saja, 77 , Ünal, 90 
 
B qrupu
 
"Qalatasaray" - "Antalyaspor" 0:0

Xəbər xətti