"Bakı"nın zədəlisindən son xəbər: "Hələ də dizimdə ağrılar var"

15:56 - 22 Fevral 2014

Şəhriyar Əliyev: "Hər şey "İnter"lə oyundan sonra məlum olacaq"
 
"Bakı"nın futbolçusu Şəhriyar Əliyev zədə səbəbindən komanda ilə birlikdə məşq edə bilmir.
 
Gənc futbolçusu zədəsi haqqında son məlumatı Sportal.az-a açıqladı:
 
"Hələ də dizimdə ağrılar var. komanda ilə məşqlərə qatıla bilmirəm, fərdi qaydada qaçıram. "İnter"lə oyundan sonra həkimlər məsləhət bilsələr, komanda ilə məşqlərə başlayacam. Ümid edirəm ki, tezliklə yaşıl meydanlara qayıdacam".

Xəbər xətti