Berti Foqts ilk öncə Bolqarıstanı hədəf aldı: Sofiya şəhərinə gedir

12:42 - 25 Fevral 2014

Millimizin məşqçisi rəqibin oyununu izləyəcək 
 
Martın 5-də Bolqarıstanın Sofiya şəhərindəki "Vasil Levski" adına stadionda Bolqarıstan və Belarus milli komandaları arasında yoldaşlıq oyunu keçiriləcək.
 
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının baş məşqçisinin köməkçisi Aslam Kərimov qarşılaşmanı izləyəcək.
 
Qeyd edək ki, Bolqarıstan yığması millimizlə birgə Avro-2016-nın seçmə mərhələsinin H qrupunda mübarizə aparacaq.

Xəbər xətti