"Qarabağ" "Bakı" üçün başladı

12:03 - 4 Mart 2014

Admir Teli sıraya döndü
 
Azərbaycan Premyer Liqasının XXIV turunda "Neftçi" üzərində qələbədən (4:1) sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov futbolçulara istirahət vermişdi.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, artıq Ağdam təmsilçisi növbəti turda qarşılaşacaqları "Bakı"yla oynunun hazırlıqlarına başlayıb. 
 
"Qarabağ"ın məşqi Suraxanı qəsəbə stadionunda baş tutub. Uzun müddətdi zədəli olan Admir Teli də artıq kollektivlə məşqlərdə iştirak edib. 
 
Qeyd edək ki, "Qarabağ"- "Bakı" oyunun bazar günü martın 9-da, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. 

Xəbər xətti