"Mənə dedi ki, ehtiyat skamyada şans veriləsi çox futbolçu var"

10:54 - 7 Mart 2014

Tuğrul Erat: "Fasilədən sonra Foqts məni əvəzlədi"
 
Filippinlə yoldaşlıq görüşündə əsas yığmamızın heyətində ilk rəsmi matçına çıxan Azərbaycan millisinin üzvü Tuğrul Erat həmin oyundakı çıxışını dəyərləndirib.
 
Sportal.az xəbər verir ki, Almaniya mətbuatına danışan T.Erat Berti Foqtsun onun oyunundan razı qaldığını bildirib.
 
"Filippinlə görüşdə start heyətində meydana çıxdım. Lakin fasilədən sonra Foqts məni əvəzlədi. Həmin vaxt baş məşqçi mənə dedi ki, "narahat olma, ehtiyat skamyada şans veriləsi çox futbolçu var. Buna görə səni əvəzlədim". Foqts eyni zamanda oyunumdan razı qaldığını bildirdi".
 
Qeyd edək ki, Azərbaycan - Fillippin oyunu 1:0 hesabı ilə millimizin xeyrinə başa çatıb. 

Xəbər xətti