Abışovsuz "Rubin" məğlub oldu

00:59 - 10 Mart 2014

 Millimizin futbolçusu iştirak ərizəsinə də daxil edilməyib
 
Rusiya Premyer Liqasında 29-cu turun oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışovun komandası "Rubin" səfərdə "Anji" ilə qarşılaşıb.
 
Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsiylə başa çatıb. Abışov bu oyunun iştirak ərizəsinə daxil edilməyib.
 
Qeyd edək ki, "Rubin" hazırda 24 xalla 11-ci yerdə gedir.

Xəbər xətti