Sxadadze: "Belə oyunda belə penalti verməzlər"

21:16 - 12 Mart 2014

"İnter" hələ belə oyun sərgiləməmişdi"

 

"İnter" hazırda cari çempionatda belə tempdə, sürətli oyun sərgiləməmişdi. "Neftçi" ilə oyunlarda bu qədər qol epizodlarımız olmamışdı. Evdə qol buraxmaq bizim işimizi çətinləşdirdi. Oyunçularımda heç bir irad tutmaq istəmirəm, əllərindən gələni etdilər. Səfər oyunu bizim üçün çox çətin olacaq"

 

 

Sportal.az xəbər verir ki,  bu sözləri "İnter"in baş məşqçisi Kaxaber Sxadadze bildirib. O, Baçana Sxadadze və Aleksandr İaşvilinin ehtiyyatda qalmasının səbəini də açıqlayıb:

 

"Hər iki futbolçu fevral ayında 6 oyun əsas heyətdə oynamışdılar, onlar da yorğun idilər. Ola bilər ki, 5 dəqiqə tez meydana buraxardım. Alvaronun oyunu effektli alınmasa da, əlindən gələni etdi, Sezar da pis təsir bağışlamadı. Mən fikirləşirəm ki, elə epizodda penalti verməzlər. Çünki yarım metr məsafə var idi.Belə sürətli oyunda belə penalti verməzlər. 

Xəbər xətti