"Barselona" və PSJ 1/4 finalda

01:42 - 13 Mart 2014

"Mançester Siti" və "Bayer"dən erkən vida
 
Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları davam edir.
 
Sportal.az xəbər verir ki, ikinci oyun gününə daha iki qarşılaşma keçirilib
 
"Barselona" öz meydanında "Mançester Siti"ni qəbul edib. İlk görüşdə səfərdə rəqibinə iki cavabsız qolla qalib gələn kataloniyalılar bu oyunda 2:1 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib..
 
Digər görüşdə "Bayer" (Leverkuzen) səfərdə PSJ-nin qonağı olub. Almaniyada baş tutan ilk matçda rəqibini 4:0 hesabı ilə darmadın edən Paris klubu bu dəfə də rəqibindən üstün olub - 2:1.
 
Qeyd edək ki, 1/8 finalın digər oyunları martın 18 və 19-da keçiriləcək.  
 
 
 
12 mart
 
23:45. "Barselona" (İspaniya) - "Mançester Siti" (İngiltərə)  2:1 
İlk oyun: 2-0
Qollar: Messi, 67 ,Alveş, 90+2 - Kompani,88
 
23:45. PSJ (Fransa) - "Bayer" (Leverkuzen, Almaniya)  2:1 
İlk oyun: 4 - 0
Qollar:  Marqinos, 13 , Lavezzi, 53 - Sam,6

Xəbər xətti