Ueyn Runi: "Siti" və "Liverpul"u bizdən daha yuxarı yerlərdə görmək mənə çətin gəlir"

10:50 - 13 Mart 2014

Bu mövsüm "Mançester Yunayted" yaxşı təsir bağışlamır

 

“Mançester Yunayted”in hücumçusu Ueyn Runi İngiltərə çempionatında gedən mübarizəyə şərh verib. Sportal.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Runi diqqətini “Mançester Siti” və “Liverpul” klubları üzərinə yönəldib:

 

“Siti” və “Liverpul”u bizdən daha yuxarı yerlərdə görmək mənə çətin gəlir. Onlar bu mövsüm yaxşı oyun sərgiləyirlər. Ən pisi isə odur ki, biz bilirik ki, çempionluq üçün mücadilə etməyə qadirik, lakin indi bu bizim əlimizdən gəlmir.

 

Bu mövsüm “Mançester Yunayted” yaxşı təsir bağışlamır. Ancaq bütün gücümüzü ortaya qoyub mövsümü daha münasib şəkildə sona vurmalıyıq”.

Xəbər xətti