AZAL-ın yeni çalışdırıcısı: "Həyatda insanlar da "qara zolağ"a düşür"

14:33 - 22 Mart 2014

Tərlan Əhmədov: "Sabah bütün futbolçularım qələbə qazanmaq üçün öz əzmkarlıqlarını, istəklərini səfərbər edəcəklər"
 
“Son oyunlarda AZAL demək olar ki, qələbə qazana bilməyib. Komandanın ruhunu, istəyini qaytarması üçün futbolçular əzmkar məşq edirlər. Qarşımıza hansısa yeri tutmaq uğrunda elə də ciddi məqsəd qoyulmayıb. Amma sabahkı oyuna komanda 3 xal üçün çıxacaq. Futbolçular da başa düşür ki, bu “qara zolaq”dan çıxmaq lazımdır. Onlar yavaş-yavaş özlərinə gəlirlər. Oyunçularım həm fiziki, həm də psixoloji cəhətdən yaxşı durumdadır".
 
Bu sözləri Sportal.az-a açıqlamasında AZAL-ən yeni baş məşqçisi Tərlan Əhmədov deyib. Əhmədov komandanın son drumunu dəyərkləndirib:
 
"Son söhbətlərimdə də bildirdim ki, həyatda insanlar da “qara zolağ”a düşür. Elə dövrdə yaşıyırıq ki, həyatımızda gözlənilməz hadisələr baş verə bilir, amma bunların hamısı müvəqqəti olan bir şeydi. Hər bir komanda bu zolağa düşə bilər. Düşünürəm ki, sabahkı oyundan sonra komanda artıq öz keçmiş ruhunu qaytaracaq. Komanda da hər hansı qəyişikliyi etməyim düşünürəm ki, indiki halda məqsədə uyğun deyil. Çalışırıq ki, şən məşqlərlə komandanın həvəsini, ruhunu, istəyini, əzmkarlığını yenidən futbolçulara aşılaya bilək. Komandada iki zədəli var. Bunlardan biri Fran, digəri isə Turaldır. Hesab edirəm ki, sabah bütün futbolçularım qələbə qazanmaq üçün öz əzmkarlıqlarını, istəklərini səfərbər edəcəklər". 
 
Əhmədov sonda sabah Premyer Liqada "Bakı" ilə qarşılaşacaqları oyundan da bəhs edib:
 
“Bakı” komandası lider komandalardan biridir. Yüksək yerlər uğrunda mübarizə aparırlar. Öz dəsti xətti ilə seçilən klublardandır. Biz burada çox söz deyə bilərik, amma oyunun gedişatından çox şey asılıdır. Sağlıq olsun, futbolçularla bu barədə söhbətlərim oldu, komandanın oyununu təhlil etdik. Futbol əzmkarlıqsız, mübarizəsiz çətindir. Gərək 90 dəqiqə əzmkarlıq olsun ki, ortada da bir şey olsun. Artıq baxırsan ki, “Barselona” nə qədər texnikalı futbol oynasa da, top itkisindən sonra mübarizə aparır, topu qazanmaq üçün güc sərf edir. Futbol döyüşkən mübarizəyə çevrilib". 

Xəbər xətti