"Platyenin "Neftçi"dən ayrılması onun üçün yaxşı oldu" MÜSAHİBƏ

08:38 - 23 Mart 2014

Lorenzo Ebesilio: "Qarabağ" çempionluğu əldən vermək istəməz"
 
"Qəbələ"nin holladiyalı futbolçusu Lorenzo Ebesilionun Sportal.az-a msahibəsi:
 
- Uzun müddətdən sonra "Qarabağ"ı məğlub edərək qələbə qazandınız...
- Həqiqətən də qələbə üçün darıxmışdıq, buna ehtiyacımız var idi. Bu oyun bizim üçün çox təhlükəli idi, ilk oyun qolsuz heç-heçə ilə bitmişdi. Burada da çalışdıq ki, ilk qolu biz vuraq. İlk hissənin sonlarında qol vurmağımız ikinci hissəyə daha yaxşı konsantrasiya olmağımıza kömək etdi. Ancaq rəqib ikinci hissədə hesabı bərabərləşdirdi, bu bizim üçün heç də yaxşı olmadı. Bu hesab da bizə sərf edirdi, lakin Mendi  gözəl qol vurdu və komandanı rahatlaşdırdı.
 
- “Qarabağ”la oyunda çox aqressiv idin. Hətta Vüqar Nadirovla da aranda mübahisə baş verdi..
- O mənim komanda yoldaşımla söhbət edirdi, mən də nəyin baş verdiyini soruşanda məni itələdi. Lakin oyundan sonra söhbət edib bir-birimizdən üzr istədik. Hər şey qaydasındadır, böyüdüləsi heç nə yoxdur.
 
- Kubokun yarımfinalında “Xəzər Lənkəran”la qarşılaşacaqsınız...
- İndi “Xəzər Lənkəran”la oyun haqqında düşünmürəm, bu gün “İnter”lə qarşılaşma haqqında fikirləşirik, azarkeşlərimiz önündə ancaq qələbə qazanmalıyıq.
 
- Avroliqalara vəsiqə üçün “Qəbələ” çempionatda yoxsa kubokdakı mübarizələrə daha üstünlük verəcək ?
- Hər ikisinə. Çempionatda “Qarabağ”la ikinci yer arasında yetəri qədər xal fərqi var. Əminəm ki, onlar belə davam edib çempionluğu əldən vermək istəməzlər. Digər 4 komanda arasında ikinci yer və avroliqa üçün kəskin mübarizə gedir. “İnter”lə oyunumuz bu baxımdan bizim üçün çox önəmlidir. Qalib gəlib turnir cədvəlindəki yerimiz daha da yaxşılaşdırmalıyıq
 
- Hollandiyalı həmkarın Melvin Platye “Neftçi”dən ayrıldı. Buna münasibətin necədir?
- Məncə, komandadan ayrılmağı onun üçün yaxşı olacaq, ona yetəri qədər şans vermədilər. Bir hücumçu üçün əsas amil ona verilən şansdır. Gərək 6-7 oyun əsas heyətdə oynayıb özünü göstərəsən, burada isə ona maksimum 2-3 oyun oynaya bildi. Mən onu Hollandiyadan tanıyıram, o vurduğu qollarla komandanın aparıcı üzvlərindən sayılırdı. Ola bilsin ki, o, ayrı bir mühitə düşdü bir az da uyğunlaşa bilməməsinə bu təsir etdi.
 
Yusif HÜSEYN

Xəbər xətti