"Neftçi" tək qolla üç xal qazandı

18:51 - 23 Mart 2014

Güvənc Kurtar, yoxsa Böyükağa Hacıyev?
 
Bu gün Premyer Liqanın 27-ci turunda "Rəvan" doğma meydanda "Neftçi"ni qəbul edəcək.
 
Sportal.az xəbər verir ki, Bayılda baş tutacaq matç  xüsusi ilə "Neftçi" üçün önəmlidir. Avroliqaya vəsiqəni təmin etmək üçün bu matçda sırf qələbə üçün meydana çıxacaq. Güvənc Kurtar üçün bu matç kəşfiyyat xarakteri daşıyır. Belə ki, bu komandalar ölkə kubokunun yarımfinalında da üz-üzə gələcək.
 
Qeyd edək ki, "Rəvan"ın heyətində cəzalı və zədli olmadığı halda, "Neftçi"nin iki əsas futbolçusu Flavinyo və Ernest Nfor cəza səbəbindən bu matçda forma geyinə bilməyəcək..
 
Televiziya vasitəsi ilə canlı yayınlanmayan matçı saytımız vasitəsiilə onlayn reportaj şəkildə diqqətinizə çatdırılacaq.
 
17:00 "Rəvan" - "Neftçi" 0:1
Qol: Ruslan Qurbanov,10
Baş hakim: Ramil Diniyev 
"Bayıl Arena"
 
Dəq 1 : Oyun başladı
Dəq 10: Ruslan Qurbanov müdafiəçilərin səhvindən sonra topu boş qapıya göndərir
Dəq 18: Bertuccinin təhlükəli cərimə zərbəsini Sapela zərərsizləşdirir
Dəq 33: Cavid İmamverdiyevin zərbəsini Sapela möhtəşəm reflekslə dəf edir
Dəq 45: İlk hissə başa çatdı
Dəq 46: İkinci hissə başladı
Dəq 57: Bahodır Nasimovun zərbəsi top azacıq qapdan aralı keçir
Dəq 58: Cavid topu boşqapıdan keçirə bilmir
Dəq90 Oyun başa çatdı

Xəbər xətti