Millimiz xal qazana bilməyən yeganə komandadır

18:56 - 27 Mart 2014

 

İran yığma komandamızı məğlub etdi
 
Bu gün Soçidə qadınlar arasında ənənəvi beynəlxalq “Kuban baharı” turnirinin 9-12-ci yerləri uğrunda ikinci dövrənin oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, yeniyetmə qızlardan ibarət millimiz (U-19) İran yığmasına 0:1 hesabı ilə məğlub olub.
 
Digər oyunda Türkiyə millisi Macarıstan millisi ilə 1:1 hesablı heç-heçə oynayıb.
 
Beləliklə iki dövrədən sonra Macarıstan və Türkiyə milliləri 4 xal, İran yığması 3 xal toplayıb. Millimiz isə hələ də xalsızdır.
 
Növbəti oyunda komandamız Türkiyə millisi ilə qarşılaşacaq.
 
Xatırladaq ki, qrup mərhələsində yığmamız İsrail (0:1), Rusiya (0:3) və Rumıniya (0:3) yığmalarına məğlub olmuşdu.

Xəbər xətti