Millimiz Estoniyada qələbəyə həsrətdir

12:07 - 31 Mart 2014

Təlim-məşq toplanışı davam edir

 
Xəbər verdiyimiz kimi, 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Estoniyada təlim-məşq toplanışındadır.
 
Sportal.az xəbər verir ki, hazırlıq prosesi çərçivəsində yığmamız iki yoldaşlıq oyunu keçirib. Qarşılaşmalar heç-heçə yekunlaşıb. "Kalev" klubunun əvəzedici heyətinə qarşı keçirilmiş oyun 0:0, "Levadiya" klubunun U-19 komandası ilə qarşılaşma isə 1:1 hesabıyla başa çatıb. "Levadiya" ilə oyunda yığmamızın üzvü Elvin İmanlı fərqlənib.

Xəbər xətti