"Qarabağ" daha iki futbolçu ilə müqavilə imzalayacaq

00:20 - 3 Aprel 2014

Nadirov və Vəliyev komandada qalacaq
 
Qara Qarayev və Hacı Əhmədovla müqaviləsinin müddətini artıran “Qarabağ” daha iki futbolçusunu heyətdə saxlayacaq. 
 
Sportal.az xəbər verir ki, bunlar qapıçı Fərhad Vəliyev və Vüqar Nadirovdur.
 
Artıq onlara yeni müqavilə təklif olunub.
 
Futbolçunun müqaviləsinin müddətinin nə qədər artırılacağı hələ ki, bəlli deyil.

Xəbər xətti