Xavyer:"İnter"i mövsümdə ilk dəfə məğlub edəcəyik"
"Bakı"nın futbolçusu Junior Vilson Xavyerin Sportal.az-a müsahibəsi
- “Xəzər Lənkəran”la oyunda ilk hissəni 2:0 hesabı ilə məğlub tamamladınız, ancaq ikinci hissədə iki qol vurub hesabı bərabərləşdirdiniz. Fasilədə nə dəyişdi ki, komanda ikinci hissə tam fərqli oyun göstərdi ?
- İlk hissə oyunumuz alınmadı, ancaq fasilədə baş məşqçi bizi ikinci hissəyə tam hazırladı. İkinci hissə çıxıb istədiyimiz oyunu göstərə bildik. Hesabı bərabərləşdirdik, hətta qalib də gələ bilərdik.
- Bu oyunda qazanılan bir xalı “Bakı” üçün uğur saymaq olar ?
- Biz meydana 3 xal üçün çıxmışdıq, ancaq əgərə fasiləyə iki top fərqi ilə yollanırsansa, həm də rəqibimiz "Xəzər Lənkəran"dırsa, belə oyunda bir xal da pis deyil. H
- Son iki oyunlarda komandanızda çoxlu itkilər var. Bu, sizin oyununuza necə təsir edir ?
- Düzdür, komandanın əsas heyət oyunçularından bir neçəsi oynamırdı, ancaq fikrimcə, onları əvəzedən futbolçular onların yoxluğunu hiss etdirmədi. Heyətimizdə kifayət qədər keyfiyyətli futbolçular var.
- Bu oyunda xal itkisəndən sonar 4-cü pillədə qərarlaşırsınız və 3-cü pillə ilə aranızda 5 xal fərqi var. Komandanın avrokuboklara getmək şansını necə dəyərləndirirsən?
- Qarşıda altı oyun var, 5 xal fərqi də elə də böyük deyil. Hələ də bizim şansımız var, bunun üçün qarşıdakı oyunlarda maksimum xal toplamalıyıq.
- Bu tur “İnter”lə qarşılaşacaqsınız və bu mövsüm heç bir oyunda “İnter”İ məğlub edə bilməməsiniz?
- Amma bu tur ilk dəfə qalib gələcəyik(gülür). Ötən oyunlara fikir vermirik, çünki onların bir əhəmiyyəti yoxdur. Əsas odur ki, bu oyuna yaxşı köklənib və istədyimiz 3 xalı qazanaq.
- Son bir neçə oyunda olmasan da , “Xəzər lənkəran”la matçda 90 dəqiqə forma geyindin. Əvvəlki oyunlarda əsas heyətə düşə bilməməyinin səbəbi nədir ?
- Mən həmişə komandama kömək etməyə hazıram, əsas heyətdə oynayıb – oynamamağım baş məşqçinin qərarından asılıdır. Mənim işim məşq edib yaxşı formada olmaqdır. Mən də çox oyun oynamaq istəyirəm, ancaq bu futboldur, bunu mən də gözəl başa düşürəm.
Yusif HÜSEYN