Serin şərəfinə 5 milyonluq şərab

15:00 - 16 Aprel 2014

Ser Aleks Fergüsson: "Belə anlarda köməyimə şarab çatır"
 
 
Mayda Honq-Konqda Ser Aleks Fergüssonun adına “Christie” şərabları hərraca çıxarılacaq.
 
Sportal.az xəbər verir ki, İtaliya və Fransada hazırlanmış şərab kolleksiyası 5000 şüşədə qablaşdırılıb. Üç mərhələdən ibarət olacaq hərracda şərabın başlanğıc qiyməti 5 milyon dollardır. Şərabla yanaşı şotaland mütəxəssisin imzasıyla bir neçə suvenir də satışa qoyulacaq.       
 
“Christie” şərab evinin direktoru Devid Elsvud hərracla bağlı bunu deyib: "Bu şərab dəbdə və yüksək tələbata malik ola bilər. Fergusonun adı bütün həvəskarların şəraba diqqətini cəlb edəcək. Hərracın ilkin mərhələsi mayda sonra iyun və iyul aylarında keçiriləcək. Ümid edirəm ki, hər kəs “Christie” şərablarından dadacaq”.  
 
"Mançester Yunayted"in sabiq baş məşqçisi Aleks Fergüsson şəraba olan sevgisini belə izah edib: “Hərə həyatda bir şeyə maraq göstərir. Mən birinci futboldan, sonra şərabdan həzz alıram. Bəzən təzyiq olanda insan başını nəyləsə qatmaq istəyir. Belə anlarda mənim köməyimə şarab çatır. Yalnız bu yolla kənardan gələn təzyiqləri özümdən uzaqlaşdıra bilirəm". . 

Xəbər xətti