"Qəbələ" futbolçusu ilə rəsmən yollarını ayırdı

18:19 - 18 Aprel 2014

Kamanan komandadan qovuldu
 
Yannik Kamanan “Qəbələ” klubundan qovulub.
 
Sportal.az xəbər verir ki, bu barədə apasport.az saytına komandanın vitse-prezidenti Fariz Nəcəfov məlumat verib. O bildirib ki, komanda daxili nizam-intizamı pozduğu üçün əsas heyətdən uzaqlaşdırılan Kamananla müqavilə pozulub.
 
Beləliklə, “Sivasspor”un sabiq futbolçusu əvəzedici komandaya yox, vətəni Fransaya getməli olub.
 
Qeyd edək ki, Yannik Kamanan 2,5 illik “Qəbələ” karyerası ərzində Premyer Liqada 62 oyuna çıxıb və 16 dəfə rəqib qapılarına yol tapıb. O, cari mövsüm çempionatda 18 görüşdə cəmi 2 dəfə fərqlənə bilib.

Xəbər xətti