“Neftçi” üzərində qələbə ikiqat sevinclidir"

21:06 - 20 Aprel 2014

Aqil Məmmədov: "Bu komandaya qarşı motivasiya başqa cür olur"
 
 
"Neftçi" üzərində 3:1 hesablı qələbədən sonra "Sumayıt"ın baş məşqçisi Aqil Məmmədov sevincini gizlətməyib. Sportal.az xəbər verir ki, gənc mütəxəssis oyunla bağlı fikirlərini belə bildirib: :
 
 
“Qələbə həmişə sevindiricidir. “Neftçi” ilə oyunda isə ikiqat sevinclidir. Özüm bu klubda oynamışam, ölkənin ən güclü komandasıdır, “Neftçi”yə qarşı motivasiya başqa cür olur. Komanda yaxşı oynadı, sürət və əks-hücumlar var idi. Hesab böyük ola bilərdi.
 
Komandanı və azarkeşləri təbrik edirəm. “Neftçi”nin müdafiəyə meylli futbolçuları azdır. Biz də bundan istifadə etdik. Rəqibin heyətində həmişə istedadlı futbolçular olub. Öz oyunumuzla layiqli qələbəmizi qazandıq”.

Xəbər xətti