"Barselona"nın keçmiş baş məşqçisi xərçəngin qurbanı oldu

00:21 - 26 Aprel 2014

Vilanova vəfat etdi
 
"Barselona"nın keçmiş baş məşqçisi Tito Vilanova bu gün vəfat edib. 
 
Sportal.az xəbər verir ki, uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkən Vilanova bu gün xəstəxanada dünyasını dəyişib. İki dəfə əməliyyat keçirən 45 yaşlı mütəxəssis ağır xəstəliyin pəncəsindən xilas ola bilməyib. 2008-2012-ci illər ərzində "Barsa"da baş məşqçi olan Pep Qvardiolanın köməkçisi kimi çalışan Vilanova 2012-ci ildə klubun baş məşqçisi olub və "Barsa"nı çempion etməyi bacarıb.

Xəbər xətti