Foqtsun 32 nəfərlik siyahısı məlumdur

15:41 - 4 May 2014

Ölkə xaricindən kimlər dəvət aldı?
 
Berti Foqtsun mayın 28-də San-Fransiskoda ABŞ yığmasına qarşı keçiriləcək yoxlama oyunu üçün dəvət göndərdiyi futbolçuların siyahısı müəyyənləşir.
 
Sportal.az xəbər verir ki, bu dəfə alman çalışdırıcının toplanışa ölkə xaricindən çağırdığı oyunçuların adına aydınlıq gəlib.

Belə ki, Foqts "Fortuna"dan Tuğrul Eratı, "Kayzerlautern"in U-23 komandasından Rüfət Dadaşovu, "Sivasspor"dan Cihan Özkaranı, "Qaziantep BB"dən Ufuk Budakı və "Rubin"dən Ruslan Abışovu milliyə dəvət edib.

Qeyd edək ki, Foqtsun dəvət göndərdiyi 27 futbolçunun adı bundan əvvəl müəyyənləşmişdi. Baş məşqçi "Qarabağ"ın 7, "Neftçi"nin 5, "Bakı" və "İnter"din 4, "Qəbələ", "Xəzər Lənkəran" və "Sumqayıt"ın 2, "Simurq"un 1 üzvünü toplanışa çağırıb.


Qapıçılar:Kamran Ağayev (Qəbələ), Səlahət Ağayev (İnter), Fərhad Vəliyev (Qarabağ), Aqil Məmmədov (Bakı).


Müdafiəçilər:Rəşad Sadıqov, Bədəvi Hüseynov, Maksim Medvedev, Qara Qarayev (hamısı "Qarabağ"), Mahir Şükürov, Elvin Yunuszadə (ikisi də "Neftçi"), Şəhriyar Əlyev (Bakı), Vladimir Levin (Qəbələ), Ruslan Əmircanov (İnter), Rasim Ramaldanov (Xəzər Lənkəran), Vurğun Hüseynov (Sumqayıt), İlkin Qırtımov (Simurq), Ruslan Abışov (Rubin, Rusiya), Ufuk Budak (Qaziantep BB, Türkiyə), Tuğrul Erat (Fortuna, Almaniya),


Yarımmüdafiəçilər:Rəşad Sadiqov, Araz Abdullayev (hamısı "Neftçi"), Hacı Əhmədov (Qarabağ), Cavid Hüseynov (Bakı), Abdulla Abatsiyev (İnter), Rahid Əmirquliyev (Xəzər Lənkəran), Pərdis Fərzad-Azad (Sumqayıt).


Hücumçular:Vüqar Nadirov (Qarabağ), Rauf Əliyev (Bakı), Vaqif Cavadov (İnter), Ruslan Qurbanov (Neftçi), Rüfət Dadaşov (Kayzerlautern, Almaniya), Cihan Özkara (Sivasspor, Türkiyə).

 

Xəbər xətti