"Bəzi başqa klublar var ki, hər 6 aydan bir baş məşqçisini dəyişir və hər məşqçi də gəlir öz havasını çalır" VİDEO

00:01 - 17 May 2014

 "Arena" verilişinin növbəti buraxılışı
 
"İnterAz" televiziyasının efirində yayımlanan "Arena" verilişinin növbəti buraxılışı olub.

Sportal.az xəbər verir ki, verilişin bu dəfəki qonaqları "Bakı"nın seleksiyaçı məşqçisi Ceyhun Sultanov və millinin məşqçisi Aslan Kərimov olub. Hər iki qonaq Premyer Liqanın növbəti turunun müzakirəsini aparıblar və digər maraq doğuran məqamlara toxunublar. Ceyhun Sultanov əksər komandalarda tez-tez baş məşqçi məsələsinə də toxunub :

"Qarabağ" klubu artıq neçə ildir ki, Qurban Qurbanova inanır və onun nəticəsidir ki, komandanın uğurları artmaqdadır. Amma bəzi başqa klublar var ki, hər 6 aydan bir baş məşqçisini dəyişir və hər məşqçi də gəlir öz havasını çalır, məcbursan ki, bu gün "Tərəkəmə" oynayırdınsa, sabah "Süleymani"ni oynayasan".

Xəbər xətti