"Xəzər Lənkəran"ın yeni baş məşqçisi məlum oldu

13:43 - 18 May 2014

Oğuz Çətin komandada qaldı
 
"Xəzər Lənkəran"ın baş məşqçisinin adı məlum oldu.
 
Sportal.az futbol11.az saytına istinadən xəbər verir ki, bu Dənizlinin köməkçisi Oğuz Çətindir. Oğuz Çətin bu məsələ ilə bağlı açıqlamasında bildirib:
 
"Bəli, belə bir şey var. Doğrudur. Amma, bunu klubun açıqlaması daha düzgün olar."
 
Klubun mətbuat xidməti də bu xəbəri təkzib etməyib:
 
"Hə, ola bilər. Amma, hələki başqa açıqlama vermək istəmirik. Tam məlumat klubun rəsmi saytında yaxın günlərdə yerləşdiriləcək"

Xəbər xətti