"Xəzər Lənkəran" daha iki futbolçunu göndərir ÖZƏL

09:43 - 20 May 2014

Yerli futbolçular cənub təmsilçisindən ayrılır
 
"Xəzər Lənkəran"dan ayrılacaq daha iki futbolçunun adı məlum olub.
 
Sportal.az-ın əldə etdiyi özəl məlumata görə, bu futbolçular Slavik Alxasov və Orxan Əliyevdir. Hər iki futbolçu qış fasiləsində komandaya qoşulmuşdu. Alxasov əsas heyətdə bir neçə dəfə çıxış etsə də, yaxşı oyun sərgiləyə bilməmişdi. Orxan Əliyev isə Premyer Liqada heç bir matça çıxmamışdı.

Xəbər xətti