"Neftçi"dən ayrılacaq legionerlər məlum oldu

00:06 - 24 May 2014

Komandadan gedəcək bəzi futbolçuların adına aydınlıq gəlib
 
"Neftçi" yay transfer pəncərəsində bir neçə legioner futbolçu ilə yollarını ayıracaq.
 
Sportal.az-ın əldə etdiyi özəl məlumata görə, artıq kimlərin ayrılacağı dəqiqləşib. Mövsümün böyük hissəsini ehtiyyat skamaysında keçirən Pavel Doroşevs siyahıya başçılıq edir. Müqaviləsi başa çatan Denis Silva və İqor Mitreski ilə də müqavilə yenilənməyəcək. Bu mövsüm komandaya xeyir verə bilməyən Bahodır Nasimovla da yollar ayrılacaq. Son iki ili icarə əsasında komandada çıxış edən Erik Ramosun isə icarə müddəti başa çatır. Klub rəhbərliyi Ramosu heyətdə saxlamaq niyyətindədir.

Xəbər xətti