Berti Foqts ABŞ məğlubiyyətinə şərh verdi: "Sevinirəm ki..."

10:21 - 28 May 2014

"Qalan vaxt ərzində bəzi futbolçular yoruldu"
 
Millimiz bu gün ABŞ yığmasına 2:0 hesabı ilə bağlı oldu.
 
Sportal.az xəbər verir ki, millimizin baş məşqçisi Berti Foqts məğlubiyyətə belə şərh verib:
 
"70 dəqiqə pis oynamadıq. Qalan vaxt ərzində bəzi futbolçular yoruldu. Bir neçə futbolçunu yeni mövqelərdə sınaya bildim və sevinirəm ki, bu cür imkan əldə etdim. Bu oyunda təkcə müdafiəçilərimizin səhv etməsi fikri ilə razı deyiləm. Yarımmüdafiə xəttində də səhvlər var idi.

Bu oyunun təşkilinə görə rəqibimizə təşəkkür edirəm. ABŞ yığmasının heyətində yüksək səviyyəli futbolçular var. Bizim gənc oyunçular üçün onlara qarşı mübarizə aparmaq yaxşı təcrübədir".

Xəbər xətti