"Sumqayıt"dan daha bir transfer FOTO

17:57 - 4 İyun 2014

Abbasov rəsmən "gənclik şəhəri"ndə
 
"Sumqayıt" FK daha bir futbolçunu heyətinə qatıb.
 
Sportal.az xəbər verir ki, son mövsümü "Rəvan"da keçirmiş Ramazan Abbasov komandanın uğurları üçün çalışacaq. 30 yaşlı futbolçu "Sumqayıt"la 1 illik müqaviləyə imza atıb.

Qeyd edək ki, Ramazan karyerası ərzində "Dinamo", MOİK, "Bakı", "Neftçi", "Xəzər Lənkəran", "Gəncə" və "Rəvan"ın şərəfini qoruyub. O, həmçinin 7 dəfə Azərbaycan millisinin formasını geyinib.
 

Xəbər xətti