"Barselona"nın futbolçusu rəsmən "Çelsi"də FOTO

22:11 - 12 İyun 2014

Fabregas yenidən İngiltərə yolunda
 
Sesk Fabreqas "Çelsi" ilə beş illik müqaviləyə imza atıb.
 
Sportal.az xəbər verir ki, bu barədə London klubunun rəsmi saytında məlumat yer alıb.

29 yaşlı yarımmüdafiəçi "Çelsi"də 4 nömrəli forma geyəcək.

Qeyd edək ki,2011-ci ildən "Barselona"nın şərəfini qoruyan S.Fabreqas ötən mövsüm oynadığı 36 matçda  8 qol vurub və 19 məhsuldar ötürmə verib.
 

Xəbər xətti