Torres "Porto"ya icarəyə verildi

23:30 - 19 İyun 2014

Son İspaniya çempionu "Atletiko"nun futbolçusu Portuqaliya klubuna keçir
 
Madrid təmsilçisi "Atletiko"nun futbolçusu "Porto" klubuna icarəyə verilir.
 
Sportal.az xəbər verir ki, "Porto"nun yeni baş məşqçisi Lopetogui İspaniyanln U21 millisindən tanıdığı Oliver Torresi icarəyə götürür. Məlumata görə tərəflər arasında ilkin razılığ əldə olunub. 
 
2018-ci ilə qədər "Atletiko" ilə müqaviləsi olan Torres yeni mövsümü "Porto"da keçirəcəyini mətbuata da açıqlayıb. 
 
Qeyd edək ki, "Atletiko" 19 yaşlı futbolçunu yalnız icarəyə verəcəyini açıqlayıb.

Xəbər xətti