Cavadov və Budak millimizə dəvət aldı

11:37 - 23 İyul 2014

Hər iki futbolçu Özbəkistana qarşı oynayacaq
 
Türkiyənin "Qaziantep BB" klubunun azərbaycanlı futbolçuları - Vaqif Cavadovla Ufuk Budak milli komandamıza dəvət olunub.
 
Sportal.az xəbər verir ki, bu barədə qardaş ölkə mətbuatı məlumat yayıb.

Məlumatda bildirilir ki, hər iki futbolçumuz avqustun 20-də keçiriləcək Özbəkistanla oyunda iştirak edəcəklər. Onlar oyundan bir neçə gün əvvəl yığmamızın düşərgəsinə qoşulacaqlar.

Xəbər xətti