"Mançester Yunayted" üçün 750 milyon avro

20:02 - 5 Avqust 2014

10 illik anlaşmaya görə "MY" 750 milyon avro əldə edəcək
 
İngiltərənin "Mançester Yunayted" futbol klubunun "Adidas" firması ilə uzunmüddətli müqaviləsinin təfərrüatları məlum olub. 
 
Sportal.az xəbər verir ki, 2015-2016 mövsümündən etibarən "qırmızı şeytanlar" ardıcıl 2 mövsüm Çempionlar Liqasının qrup mərhələsinə çıxa bilməyəcəkləri təqdirdə, reklam müqaviləsinə görə alacaqları məbləğ 3 dəfə azaldılacaq.
 
"Adidas" müqaviləyə xitam da verə bilər. Bu, "MY"in aşağı diviziona yuvarlanacağı təqdirdə baş verə bilər.
 
Lakin "Mançester Yunayted" İngiltərə Çempionatı və ya Kuboku, Çempionlar Liqasında qələbə qazanacağı halda kluba həmin mövsüm üçün 4 milyon avro bonus ödəniləcək.

Xəbər xətti