Yuri Syominin komandası ÇSKA-ya məğlub oldu VİDEO

16:50 - 9 Avqust 2014

Hərbçilərdən ardıcıl ikinci qələbə

 

Ötən mövsüm “Qəbələ”ni çalışdırmış Yuri Syominin “Mordoviya”sı bu gün Rusiya çempionatının ikinci turu çərçivəsində oyuna çıxıb.

 

Sportal.az-ın məlumatına görə, ÇSKA-nı qəbul eləyən “Mordoviya” 0:1 hesabı ilə məğlub olub. Yeganə qolun müəllifi oyunun 79-cu dəqiqəsində penalti zərbəsini dəqiq yerinə yetirən Dumbiya olub.

 

Qeyd edək ki, “Mordoviya” ilk turda 3:2 hesabı ilə “Ufa”-nı, ÇSKA isə 4:1 hesabı ilə “Torpeda”nı məğlub etmişdi. 

 

Xəbər xətti