"Həmin pula Beyl, Kroos, Fabreqas və Felipe Luisi almaq olardı"

11:25 - 19 Avqust 2014

Klubun transfer siyasətini tənqid etdi

 

“Mançester Yunayted”in keçmiş futbolçusu Hari Nevil klubun transfer siyasətini tənqid edib. Sportal.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Nevil transferlərə ayrılan maliyyənin yanlış xərcləndiyini iddia edib:

 

“Son bir il ərzində klub Zaa, Errera, Şou, Fellayni və Mata kimi futbolçulara 140 milyon avro xərcləyib. Zaman göstərdi ki, həmin transferlərdə tələskənliyə yol verilib. Bu futbolçular klubun fəsləfinə uyğun gəlmirlər.

 

 Bir qədər çox, bəlkə də həmin pula Beyl, Kroos, Fabreqas və Felipe Luisi almaq olardı”.

 

Qeyd edək ki, “Mançester Yunayted” İngiltərə çempionatının 1-ci turunda evdə “Suonsi”yə məğlub olub.  

Xəbər xətti