Vaqif Cavadov yeni komandasında qolla başladı VİDEO

10:02 - 1 Sentyabr 2014

Millimizin üzvləri 90 dəqiqə meydanda oldular
 
Türkiyə PTT 1-ci Liqasında yeni mövsümə start verilib.
 
Sportal.az xəbər verir ki, millimizin 3 üzvü  - Vaqif Cavadov, Rəhman Hacıyev və Ufuk Budağın komandası - "Qaziantep BB" də ilk matçına çıxıb.

Yığmamızın üzvlərinin hər üçü "Boluspor"la  oyuna start heyətdə çıxıb və 90 dəqiqə meydanda olub. Onlardan yalnız Cavadov 34-cü dəqiqədə hesabı açmaqla yadda qalıb. Qarşılaşma 1:1 hesabı ilə sona çatıb.

Xəbər xətti